“Neftçi”nin sabiq futbolçusu Juninyo haqda: “Əla futbolçudur, əla da insandır”

“Neftçi”nin sabiq hücumçusu, hazırda Bolqarıstanın “Arda” klubunda oynayan Andre Şinyaşiki Azərbaycanda çıxış edərkən “Qarabağ”ın keçmiş forvardı Juninyo ilə dostluğundan danışıb.

Komanda.az xəbər verir ki, “Super Radio Tupi”-yə danışan Şinyaşiki, Juninyonun “Flamenqo”ya keçidini də şərh edib:

“Juninyo əla futbolçudur, əla da insandır. Mən onunla Azərbaycanda dostlaşmışdım. Əminəm ki, o, “Flamenqo”nun uğurlarına böyük töhfə verəcək. Juninyoya ən yaxşısını arzulayıram. Çünki indi olduğu yerə çatmaq üçün çox mübarizə apardı. O, həqiqətən bütün bunlara layiqdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button