“Neftçi”nin sabiq futbolçusu İndoneziya klubunda

“Neftçi”nin sabiq futbolçusu Jayro Rodriqesin yeni klubu müəyyənləşib.

Komanda.az xəbər verir ki, braziliyalı müdafiəçi karyerasını İndoneziyada davam etdirəcək.

26 yaşlı futbolçu bu ölkənin yüksək liqa təmsilçisi “Persela” ilə müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, 2015-2017-ci illər aralığında “Neftçi”də çıxış edən Jayronun son klubu Yaponiya “Montedio”su olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button