“Neftçi”nin rəqibinə 1 qol bəs etdi

Futbol üzrə Avstriya Bundesliqasında 2-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Rapid” səfərdə “Klagenfurt”la qarşılaşıb.

Görüş Vyana təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmadakı yeganə qolu 66-cı dəqiqədə penaltidən dəqiq yararlanan Quido Burqstaller vurub.

Bu qələbə sayəsində xallarının sayını 6-ya çatdıran “Neftçi”nin rəqibi hazırda turnir cədvəlinə başçılıq edir.

“Rapid” növbəti oyununu Bakıda keçirəcək. Vyana təmsilçisi avqustrun 4-də “Neftçi”nin qonağı olacaq. “Bakcell Arena”da baş tutacaq qarşılaşma 21:00-da start götürəcək. Cavab qarşılaşması ayın 11-də Vyanada baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button