“Neftçi”nin rəqibindən daha bir transfer

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Aris” (Kipr) yeni futbolçu transfer edib.

Komanda.az xəbər verir ki, Limasson təmsilçisi slovakiyalı yarımmüdafiəçi Yulius Syokeni heyətinə qatıb. 27 yaşlı futbolçu ilə müqavilənin müddəti açıqlanmayıb.

Syoke ötən mövsüm İsrailin “Hapoel” (Kiryat Şmona) komandasının heyətində 14 oyuna çıxıb. O, Belarusun “Şaxtyor” (Soliqorsk) komandasında 4 il (2018 – 2021) forma geyinib və 6 qol vurub.

“Aris” daha öncə İspaniyanın “Marbelya” klubundan hücumçu Karlos Espositonu transfer etmişdi.

“Neftçi” “Aris”lə ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını iyulun 28-də Bakıda keçirəcək.

Bizi Telegramda izləyin