“Neftçi”nin rəqibi evdə xal itirdi

“Neftçi”nin Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində rəqibi olan “Rapid” (Vyana) klubu Avstriya Bundesliqasında növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, Vyana təmsilçisi 3-cü tur çərçivəsində Lustenau “Austriya”sını qəbul edib.

“Alyants” stadionunda baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Meydan sahiblərindən 21-ci dəqiqədə Qvido Burqstaller hesabı açsa da, qonaqlar 70-ci dəqiqədə hesaba tarazlıq gətiriblər. 57-ci dəqiqədə “Rapid”in futbolçusu Ante Bayiç ikinci sarı vərəqə ilə meydandan qovulub.

Bu nəticədən sonra xallarını 7-yə çatdıran “Rapid” 2-ci pilləyə yüksəlib.

“Qarabağ”la “Rapid” arasındakı cavab matçı avqustun 11-də Vyanada keçiriləcək. Bakıdakı ilk görüşdə “ağ-qaralar” 2:1 hesabıyla qalib gəliblər.