“Neftçi”nin oyununa 6000 bilet satılıb

Azərbaycan Premyer Liqasının 29-cu turunun “Neftçi” – “Qarabağ” matçına 6000 ədəd bilet satılıb.

Komanda.az xəbər verir ki, satışı davam edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar. Stadionuun kassasında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Bundan əlavə, matçdan əvvəl azarkeşlər üçün 3 nöqtədə əyləncəli fan zona təşkil olunacaq.

“Neftçi” – “Qarabağ” matçı sabah keçiriləcək və saat 19:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button