“Neftçi”nin oyunlarına kənardan baxmaq bir az çətin idi” – paraqvaylı futbolçu

“Neftçi”nin paraqvaylı futbolçusu Sezar Meza Kolli klubun televiziyasına açıqlama verib.

Komanda.az xəbər verir ki, uzunmüddətli zədədən sonra “ağ-qaralar”ın Türkiyədəki təlim-məşq toplanışına qatılan 32 yaşlı yarımmüdafiəçi ölkəsindəki bərpa dönəminin onun üçün çətin keçdiyini söyləyib:

“Heyətə düşəcəyimə inanmasaydım, indi burada olmazdım. Amma bunlar artıq geridə qaldı. Hazırda özümü yaxşı hiss edirəm, kollektivlə birlikdə olduğum üçün xoşbəxtəm. “Neftçi”nin uğurlarına töhfə vermək üçün əlimdən gələni edəcəm. “Neftçi”nin demək olar ki, bütün oyunlarını izləyirdim. Kənardan baxmaq bir az çətin idi”.

Yanvarın 20-dək Antalyada təlim-məşq toplanışında olacaq “Neftçi” 4 yoxlama görüşündə qüvvəsini sınayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button