“Neftçi”nin Müşahidə Şurasının iclası keçirildi

Bu gün “Neftçi” PFK-nın Müşahidə Şurasının iclası keçirilib.

Komanda.az xəbər verir ki, klub prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, əsas komandanın baş məşqçisi Samir Abasov, əvəzedici komandanın baş məşqçisi Mahmud Qurbanov, Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev ötən mövsümlə bağlı hesabat veriblər.

Kamran Quliyev infrastruktur, akademiya və klubdakı işlər, Elnur Eyvazov maliyyə məsələləri, Samir Abasov və Mahmud Qurbanov öz komandaları, Rüstəm Allahverdiyev isə media və marketinq haqda ümumi məlumat verib.

Daha sonra Müşahidə Şurasının üzvləri ilə yeni mövsüm üçün hədəf və məqsədlər haqqında müzakirələr aparılıb, fikirlər dinlənilib. Sonda Müşahidə Şurasının üzvləri çempionluq münasibətilə bütün heyəti təbrik edib və komandanın qarşısına yeni mövsümlə bağlı hədəflər qoyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button