“Neftçi”nin rəqibində yeni müqavilə

“Neftçi”nin Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Makkabi” (Hayfa, İsrail) futbolçusu Mahmud Caber ilə müqaviləni yeniləyib.

Komanda.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Makkabi” “Neftçi” ilə ilk matçını avqustun 19-da, Bakıda keçirəcək. Komandalar arasındakı cavab oyunu isə avqustun 26-da, İsraildə olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button