“Neftçi”nin futbolçusu Latviya klubunda

“Neftçi”nin futbolçusu Ramin Nəsirli karyerasını Latviyada davam etdirəcək.

“Ağ-qaralar”dan Komanda.az-a verilən məlumata görə, gənc yarımmüdafiəçi “Dauqavpils” klubuna keçib.

O, bu ilin sonuna kimi bu komandaya icarəyə verilib.

“Neftçi-2”nin aparıcı futbolçularından olan Ramin Nəsirli əsas komandanın heyətində ötən mövsüm 4 (1 qol), bu mövsüm isə 1 rəsmi matçda meydana çıxıb. O, Azərbaycanın U-21 millisinin üzvüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button