“Neftçi”nin futbolçusu Gürcüstan millisinə dəvət aldı

“Neftçi”nin futbolçusu Solomon Kvirkveliya Gürcüstan milli komandasına dəvət olunub.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi evdə Şimali Makedoniya və səfərdə Cəbəllütariq ilə keçiriləcək UEFA Millətlər Liqasının matçlarına çağırılıb.

Görüşlər müvafiq olaraq sentyabrın 23-ü və 26-da oynanılacaq.

Xatırladaq ki, Solomon Kvirkveliya Gürcüstan yığmasında 45 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button