“Neftçi”nin “Dinamo” ilə cavab matçının da başlama saatı bilindi

Azərbaycan çempionu “Neftçi”nin UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Tiflis “Dinamo”suna qarşı keçirəcəyi cavab matçının vaxtı açıqlanıb.

Komanda.az xəbər verir ki, iyulun 14-də 8-ci km stadionunda baş tutacaq görüşə saat 21:00-da start veriləcək. Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 7-də Boris Payçadze adına “Dinamo Arena”da keçiriləcək. Bu oyun isə Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.