“Neftçi”nin rəqibindən darmadağın

“Neftçi”nin Çempionlar Liqasının 2-ci mərhələsindəki rəqibi “Olimpiakos” komandası (Yunanıstan) yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Pirey təmsilçisi “Aris”lə (Yunanıstan) qarşılaşıb. Oyun “Olimpiakos”un 3:0 hesablı qələbəsiylə başa çatıb. Qolları Məhəmməd Kamara, Yann Mvila və Lazar Ranceloviç vurub.

“Neftçi” “Olimpiakos”la ilk matçı iyulun 21-də Yunanıstanda keçirəcək. Komandalar arasındakı cavab oyunu iyulun 28-də Bakıda olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button