“Neftçi”nin baş məşqçisi millini çalışdıracaq namizədlər siyahısında

“Neftçi”nin çalışdırıcısı Laurentsiu Regekampf Rumıniya millisinin baş məşqçisi ola bilər.

Komanda.az “prosport.ro” saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis Rumıniya Futbol Federasiyasının prezidenti Razvan Burleanunun namizədləri siyahısındadır.

Millinin hazırkı baş məşqçisi Edvard Yordanesku istefaya göndərilsə, komanda 5 mütəxəssisdən birinə tapşırılacaq. Regekampfdan başqa, George Haci, Viktor Pitsurka, Kosmin Olariu və Dan Petresku namizədlər siyahısındadır.

Mövsümün əvvəlində “Neftçi”yə keçən Regekampfın müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button