“Neftçi”nin baş məşqçisi daha bir klubun hədəfində

“Neftçi”nin çalışdırıcısı Laurentsiu Regekampf Rumıniyanın daha bir klubunun baş məşqçi postuna əsas namizəddir.

Komanda.az “fanatik.ro”-ya istinadən xəbər verir ki, “Universitatya Krayova” klubu Mirel Redoyun istefasından sonra “ağ-qaralar”ın 47 yaşlı baş məşqçisini yenidən bu posta gətirməyi düşünür.

Xəbərdə “Neftçi”nin rumıniyalı baş məşqçi ilə vidalaşa biləcəyi vurğulanıb.

Regekampf 2021/2022 mövsümündə “Universitatya Krayova”da çalışıb. Daha əvvəl onun “Styaua”ya dönmək ehtimalının olduğu da bildirilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button