“Necə hazırlaşdığımızı cümə axşamı göstərəcəyik” – “Neftçi”nin rəqibinin baş məşqçisi

“Neftçi”nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan Rusiyanın “Arsenal” klubunun baş məşqçisi İqor Çerevçenko Premyer Liqada “Rostov”a 2:3 hesabıyla məğlub olduqları oyundan sonra açıqlama verib.

Komanda.az xəbər verir ki, klubun saytına danışan Tula təmsilçisinin çalışdırıcısı, “Neftçi” ilə cavab oyununa hazır olacaqlarını deyib:

“Heyətdəki bir neçə dəyişiklik “Neftçi”yə qarşı cavab oyunu ilə bağlı deyildi. Hücumda problemimiz var. Sadəcə bir hücumçumuz var. Təəssüf ki, Evans Kanqva və Aleksandru Tudorie yox idi. Ancaq bu, bizim problemimizdir.

Klubun bazasında görüşümüz olacaq. 3 oyun və 6 qol buraxmaq məni gərginləşdirir. Bu, təkcə müdafiəçilərin günahı deyil, bütün komandanın və məşqçilər heyətinin günahıdır.

“Neftçi” ilə oyundan əvvəl vaxtımız var, səhvlərimiz üzərində çalışacağıq. Və necə hazırlaşdığımızı cümə axşamı göstərəcəyik.

“Rostov”la oyunda geri dönüş edə bilərdik. Ancaq çox asan qollar buraxdıq. Ev oyununda ardıcıl iki məğlubiyyətin olması pis göstəricidir”.

“Neftçi” – “Arsenal” matçı avqustun 1-də, saat 21:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda “ağ-qaralar” minimal hesablı qələbə qazanıb – 1:0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button