“Neftçi”nin Antalyadakı rəqibləri bəlli oldu

“Neftçi” PFK-nın qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

Komanda.az xəbər verir ki, hazırlığın ilk mərhələsi yanvarın 5-dən 9-dək Bakıda baş tutacaq və fiziki hazırlığa həsr olunacaq.

Əsasən taktiki çalışmalardan ibarət təlim-məşq toplanışının ikinci mərhələsi isə yanvarın 10-dan 25-dək Türkiyədə olacaq. Antalya şəhərinin Manavqat bölgəsindəki “The Sense De Luxe” otelində məskunlaşacaq flaqman qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. “Ağ-qaralar” yanvarın 14-də Macarıstanın “Kişvarda”, 19-da Polşanın “Visla” (Plotsk) klubu ilə qarşılaşacaq.

Yanvarın 24-də daha bir yoxlama oyunu nəzərdə tutulub. Amma həmin oyundakı rəqib hələ dəqiqləşməyib.