
“Neftçi”nin 200-cü heç-heçəsi
“Neftçi” Azərbaycan çempionatları tarixində 200-cü heç-heçəyə imza atıb.
Komanda.az xəbər verir ki, bu yubiley Premyer Liqanın 19-cu turuna təsadüf edib.
“Ağ-qaralar” “Sabah”la səfər matçına çıxıb. Bakı derbisi qolsuz başa çatıb.
“Neftçi” 1992-ci ildən daimi iştirakçısı olduğu ölkə çempionatlarındakı 908-ci görüşdə 200-cü “sülh”ə imza atıb. Bakılılara qədər yalnız “Qarabağ” 200 heç-heçə səddini keçib.
“Neftçi”nin ilk bərabərliyi məhz “Qarabağ”la matçda gerçəkləşib. 1992-ci il sentyabrın 26-dakı ev matçında paytaxt təmsilçisi bir xalı bir qolla qazanıb – 1:1.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



