
“Neftçi”dən ayrılan futbolçu Serbiya klubuna keçdi
“Neftçi”dən ayrılan Ryonosuke Ohorinin yeni klubu məlum olub.
Komanda.az xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi karyerasını Serbiyada davam etdirəcək. Ohori “Radnik”lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı futbolçu Super Liqa təmsilçisi ilə 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Ohori 2025/26 mövsümündə icarə əsasında “Kəpəz”də çıxış edib. O, “sarı-göylər”in heyətində meydana çıxdığı 27 rəsmi matçda 4 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



