“Neftçi”dən bombardirə yubiley təbriki

“Neftçi” PFK-nın prezidenti Kamran Quliyev veteran futbolçu, bu komandanın sabiq məşqçisi Nazim Əliyevi 60 illik yubileyi münasibəti ilə təbrik edib.

Komanda.az xəbər verir ki, yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib.

Nazim Əliyev 1988, 1994-1996-cı illər ərzində “Neftçi”nin heyətində 49 oyun keçirib, 48 qol vurub. Sabiq hücumçu 1995-ci ildə “Neftçi” ilə Azərbaycan kubokunu və Superkubokunu qazanmaqla yanaşı, 26 qolla ölkə çempionatının ən yaxşı bombardiri də olub. O, 183 qolla Azərbaycan çempionatlarında ən çox qol vurmuş futbolçudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button