“Neftçi”də zədəli futbolçuların son durumu açıqlandı

“Neftçi” Premyer Liqanın 36-cı turunda “Neftçi Arena”da “Sabah”la qarşılaşacaq.

Komanda.az xəbər verir ki, “ağ-qaralar”da yalnız bərpa prosesi keçən Emil Balayev bu matçı buraxmalı olacaq.

Komanda ilə məşqləri bərpa edən Emin Mahmudovun meydanda olub-olmayacağına isə oyun günü aydınlıq gələcək.

“Neftçi” – “Sabah” qarşılaşması bu gün saat 19:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button