“Neftçi” “Zirə” ilə oyuna 1 itki ilə hazırlaşır

“Neftçi” Premyer Liqanın 17-ci turunda qarşılaşacağı “Zirə” ilə oyuna hazırlığını davam etdirir.

Komanda.az xəbər verir ki, “Keşlə” ilə qarşılaşmadan (2:0) sonra hazırlığa fasilə verməyən komanda bu gün öz bazasında növbəti məşqə çıxıb.

Zədəli Aqil Məmmədovdan başqa bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Məşqə ikitərəfli oyunla yekun vurulub. Hazırlığın sabah bir məşqlə davam etməsi nəzərdə tutulub.

Xatırladaq ki, fevralın 16-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Neftçi” oyunu saat 17:30-da başlanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button