“Neftçi” “Yuventus” və “Qalatasaray”la eyni turnirdə

“Neftçi”nin 11 yaşadək futbolçulardan ibarət komandası növbəti beynəlxalq turnirə yollanacaq.

Komanda.az xəbər verir ki, Bakı klubunun yeniyetmələri Türkiyədə turnirə qatılacaq.

“Fənərbaxça” klubunun ev sahibliyi etdiyi turnir “Dereağzı Lefter Küçükandonyadis” bazasında baş tutacaq. Noyabrın 11-də start veriləcək yarışda təmsilçimiz və ev sahibi ilə yanaşı, “Beşiktaş”, “Qalatasaray”, eləcə də “Atletiko”, “İnter”, “Yuventus”, “Vilyarreal” kimi Avropa nəhəngləri mübarizə aparacaq.

Turnirdə ümumilikdə 16 komanda yarışacaq. Digər iştirakçılar “Başakşəhər”, “Altınordu”, “Göztəpə”, “Altay”, “Manisa”, “Adana Dəmirspor”, “Gölcük Karadeniz” və Sofiya MOİK-idir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button