
“Neftçi” xorvatiyalı oyunçu ilə müqavilə bağlayıb
“Neftçi” basketbol klubu daha bir legionerin transferini rəsmiləşdirib.
Bu barədə Komanda.az-a paytaxt təmsilçisindən məlumat verilib.
Xorvatiyalı oyunçu Toni Perkoviç növbəti mövsümdə komandanın formasını geyinəcək.
27 yaşlı müdafiəçi 2016–2019-ci illərdə Xorvatiyanın tanınmış “Cedevita” klubunda çıxış edib. O, həmçinin, karyerası ərzində “Split” və “Orlean” klublarının uğurları üçün çalışıb. Son mövsümü isə İtaliyanın “Forli” klubunda keçirib.
Toni Perkoviç Xorvatiya millisinin heyətində də çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



