
“Neftçi” və “Kəpəz” azarkeşlərinə görə cərimələndi
AFFA “Neftçi” və “Kəpəz”i azarkeşlərinə görə cəzalandırıb.
Komanda.az xəbər verir ki, bu barədə qurumun AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Azərbaycan Premyer Liqasında 30-cu turun “Kəpəz” – “Araz-Naxçıvan” oyununda azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə Gəncə klubu 500 manat cərimələnib.
“Neftçi” – “Zirə” oyununda isə azarkeşləri tərəfindən rəqib futbolçuya irqi mənsubiyyətinə görə təhqiramiz səslər çıxarıldığına görə “Neftçi” 2000 manat ziyana düşüb. Həmçinin, “ağ-qaralar”ın heyətində 4 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə olunub.
İntizam Komitəsi “Şamaxı”nın fotoqrafını da cəzalandırıb. Buna klub əməkdaşının “Sumqayıt”la matçda zonalar üzrə qaydanı pozması səbəb olub. “Sumqayıt” fotoqrafın hərəkətinə görə 500 manat cərimə ödəyəcək.
Bizi Facebook-da izləyin



