
“Neftçi” və “Azərreyl”dən çətin qələbə
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 15-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, MOİK “Gənclər” kollektivini 3:1 hesabı ilə məğlub edib.
“Neftçi” “Xilasedici”ni, “Azərreyl” isə “Murov Az Terminal”ı 3:2 hesabı ilə üstələyib.
Qarşılaşmalar müvafiq olaraq Sumqayıt Olimpiya İdman Kompleksi, Fövqəladə Hallar Nazirliyinin idman zalı və Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



