“Neftçi” uduzdu, MOİK qalib gəldi

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2-ci dövrənin ilk turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutan çempionatın 6-cı turuna “Neftçi” “Murov” matçı ilə start verilib.

İlk dövrədə “Murov” klubuna qalib gələn “Neftçi” ikinci görüşdən məğlub ayrılıb. Tay-brekə kimi davam edən qarşılaşmada iki hissəni 25:23 və 29:27 hesabı ilə aktivinə yazan Pərviz Səmədovun komandası yekunda uduzub. “Murov” əzmkar oyun sayəsində növbəti 3 hissədə rəqibindən səhvsiz oynayaraq meydandan qalib ayrılıb – 3:2 (23:25, 27:29, 25:15, 25:23, 15:10).

Günün ikinci qarşılaşması MOİK və “Sərhədçi” komandaları arasında olub. Görüş MOİK-in 25:21 hesablı üstünlüyü ilə başlasa da, ikinci hissədə Qüdrət Məlikovun komandası 25:23 hesabı ilə qalib gəlib. Üçüncü və dördüncü setlərdə isə yenidən MOİK 25:12 və 25:18 hesabı ilə qələbə qazanıb – 3:1.

İkinci dövrənin ilk turundan sonra MOİK 12 xalla turnir cədvəlində vahid liderliyə yüksəlib. “Murov” 11 xalla ikinci, onlardan 1 xal geri qalan “Neftçi” üçüncüdür. “Ekspress”in aktivində 3 xal olduğu halda, “Sərhədçi” hələ bu hesabı aça bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button