Ceyhun Sultanov: “Neftçi” təkcə Geryedən ibarət deyil” – Müsahibə

“Neftçi”nin idman direktoru Ceyhun Sultanov klubdakı son hadisələrlə əlaqədar Komanda.az saytının suallarını cavablandırıb.

O, Donald Gerye, Baqali Dabo kimi aparıcı legionerlərin komandadan ayrılmağa qərar verməsinə münasibət bildirib, digər məqamlara aydınlıq gətirib:

  • Ceyhun bəy, “Neftçi”də nə baş verir? Dabo ayrılacağını açıqladı, Gerye də rəsmən getdi…
  • Nə baş verdiyini siz deyin. Mənə görə, heç nə olmayıb. Normal şəkildə hazırlaşırıq.
  • Yəni futbolçuların belə bir anda komandanı tərk etməsi, “Neftçi”yə heç bir təsir etməyəcək? Mövsüm davam edəcək və qarşıda hələ 8 tur var…
  • Kim lazımdırsa, o da qalacaq. Kim lazım deyilsə, istəmirsə, yollarımızı ayıracağıq. Geryenin müqaviləsi bitdi, onun üçün getdi və ona ehtiyac olmadı. Dabonun da müqaviləsi iyunun sonuna qədər idi. Müqaviləsini artırmaq istəmədi və bu da normal haldır.
  • Geryenin ayrılmasına səbəb nə idi?
  • Müqaviləsinin müddəti bitdi və biz də uzatmadıq. Normal yanaşmadı.
  • Dabonun klubdan ayrılmasını Premyer Liqanın bitməsinə 8 tur qalmış açıqlaması onun klubdakı vəziyyətinə nə təsiri olacaq?
  • Qanun var ki, müqavilənin bitməsinə 6 ay qalmış futbolçu istədiyi klubla danışıqlar apara bilər. Dabo da müqaviləsi bitəndə gedə bilər.
  • Geryenin yoxluğu qalan turlarda komandaya necə təsir göstərəcək?
  • Heç bir təsiri olmayacaq. “Neftçi” təkcə Geryedən ibarət deyil.
  • Yenə ayrılanlar olacaq? Soni Mustivarın da ayrılacağı deyilir.
  • Ayrılanlar ola bilər.

    Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button