“Neftçi” – “Sumqayıt” matçının biletləri satışa çıxarıldı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində keçiriləcək “Neftçi” – “Sumqayıt” oyununun biletləri satışa çıxarılıb.

Komanda.az xəbər verir ki, biletlərin qiyməti 3A sektoruna 5 AZN, digər sektorlara isə 1 AZN təşkil edir.

“Neftçi” – “Sumqayıt” matçı dekabrın 5-də 8-ci km stadionunda keçiriləcək və saat 16:00-da başlayacaq.