“Neftçi” – “Şkupi” matçının başlama saatı açıqlandı

“Neftçi”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Şimali Makedoniyanın “Şkupi” klubuna qarşı keçirəcəyi oyunun başlama saatı müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu barədə “Neftçi”nin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bu qarşılaşmanın avqustun 27-də 8-ci km stadionunda keçiriləcəyi və matça saat 20:00-da start veriləcəyi diqqətə çatdırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button