“Neftçi” “Sabah”ın keçmiş futbolçusunu transfer etmək istəyir

“Sabah”ın keçmiş futbolçusu Aleksey Kaşuk Azərbaycanda qayıda bilər.

Komanda.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçinin xidmətində “Neftçi” maraqlıdır. Bu barədə “Dalmatinskiportal” məlumat yayıb.

Bakı təmsilçisinin ukraynalı futbolçuya cəlbedici təklif göndərdiyi iddia olunur.

“Neftçi” ilə yanaşı, Xorvatiyanın “Hayduk” klubu da Kaşuku transfer etmək üçün mübarizə aparır.

Kaşuk 2022-ci ilin mart ayından 2023-cü ilin iyununadək “Sabah”da çıxış edib. O, Masazır təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 18 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button