“Neftçi” “Səbail”lə matça hazırlığı davam etdirir

“Neftçi” futbol üzrə Azərbaycan Premyer Liqasının 18-ci turunda qarşılaşacağı “Səbail”lə oyuna hazırlığını davam etdirir.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün 8-ci km stadionunda növbəti məşqə çıxıb.

Zədəli Aqil Məmmədovdan başqa bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesində toplu və texniki-taktiki çalışmalar yerinə yetirilib. Hazırlığa sabah yekun vurulacaq.

Xatırladaq ki, fevralın 24-də 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Səbail” oyunu saat 16:00-da başlanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button