“Neftçi” Türkiyədə ilk sınağından qalib ayrıldı

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Neftçi” bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

Komanda.az xəbər verir ki, “ağ-qaralar” ilk sınaq matçında Rusiyanın “SKA-Xabarovsk” klubu ilə qarşılaşıb.

“Hendek Atatürk” stadionunda keçirilən qarşılaşmada qapılara 4 qol vurulub. Matç Azərbaycan təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb.

Yoxlama oyunu

20 iyun

Neftçi – SKA-Xabarovsk 3:1
Qol
: Namiq Ələsgərov, 22. Rəhman Hacıyev, 28. Emin Mahmudov, 45 – Vladislav Kamilov, 75.
Türkiyə. “Hendek Atatürk” stadionu.

Neftçi: 30. Aqil Məmmədov (12. Kamran İbrahimov, 46), 3. Mamadu Mbodj (6. Voyislav Stankoviç, 46), 5. Anton Krivotsyuk, 7. Namiq Ələsgərov (47. Əsgər Hüseynov, 61), 8. Emin Mahmudov (k), 11. Vangelis Platellas (80. İsmayıl Zülfüqarlı, 39), 17. Rəhman Hacıyev, 18. Tural Axundov (25. Kirilo Petrov, 46), 19. Rauf Əliyev (33. Turan Vəlizadə, 61), 26. Ömər Buludov, 36. Mamadu Kane.
Ehtiyat oyunçular: 20. Elnur Süleymanov, 32. Mirkamil Əliyev, 37. Vüsal Əsgərov, 51. Mehmet Serin, 85. Şöhrət Yusifov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button