“Neftçi” “Rapid”i məğlub yola saldı

“Neftçi” bu gün UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununu keçirib.

Komanda.az xəbər verir ki, “ağ-qaralar” ilk matçına doğma publika önündə çıxıb. Rəqib isə Avstriyanın “Rapid” (Vyana) komandası olub. “Neftçi” Bakıda keçirdiyi oyunda qələbə qazanaraq, səfərə üstün durumda yollanmaq üçün əlindən gələni edib. Üç qolun qeydə alındığı matç Azərbaycan təmsilçisinin qələbəsiylə yekunlaşıb.

Komandalar arasında cavab qarşılaşması avqustun 11-də Avstriyada keçiriləcək.

Bakı təmsilçisi Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Kipr “Aris”ini mübarizədən kənarlaşdırmışdı.

UEFA Konfrans Liqası, 3-cü təsnifat mərhələsi
İlk oyun

4 avqust

Neftçi – Rapid (Avstriya) 2:1
Qol: A.Caber, 44. K.Sayef, 60 – Q.Burqstaller, 90+5.
Hakimlər: Dario Bel, Maryan Tomas, Kristian Novosel, Patrik Kolariç (hamısı Xorvatiya)
Bakı. “Bakcell Arena”

Neftçi: 1. İvan Brkiç, 3. Mamadu Mbodj, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov (k), 11. Qodsvey Donyo, 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 23. Ataa Caber, 24. Yusuf Laval.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 2. Mert Çelik, 7. Azər Əliyev, 16. Gilyerme Pato, 17. Rəhman Hacıyev, 20. Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 77. Yeqor Boqomolski, 82. Rüfət Abbasov.
Baş məşqçi: Laurentsiu Regekampf.
Rapid: 45. Niklas Hedl, 6. Kevin Vimmer, 9. Qvido Burqstaller (k), 14. Aleksa Peyiç, 19. Mixael Sollbauer, 22. Martin Kostselnik, 23. Yonas Auer, 27. Marko Qrüll, 28. Morits Osvald, 29. Ante Bayiç, 41. Bernhard Zimmerman.
Ehtiyat oyunçular: 21. Bernhard Unger, 25. Paul Qartler, 7. Nikolas Gerrit-Kün, 8. Kristof Knasmüllner, 13. Torsten Şik, 20. Maksimimilan Hofmann, 24. Patrik Qrayl, 34. Nikolas Satlberger, 37. Paskal Fallmann, 39. Rene Krivak, 43. Leopold Kverfeld, 77. Draqolyub Saviç.
Baş məşqçi: Ferdinand Feldhofer.