“Neftçi” rəhbərliyi “Qarabağ”dan heç kimi götürmək istəmədiklərini bildirdi”

Bir müddət əvvəl “Qarabağ”dan ayrılan polşalı müdafiəçi Yakub Jezniçak açıqlama verib.

Komanda.az xəbər verir ki, Polşanın “Visla” (Plotsk) klubuna keçən 32 yaşlı futbolçu, “przegladsportowy.pl” saytına açıqlamasında “Neftçi”yə transferinin baş tutmamasının səbəbini də deyib:

“Mövsümün sonunda, məni yaxşı tanıyan “Neftçi”nin baş məşqçisi Roberto Bordin transferimdə maraqlı idi. Amma “Neftçi” rəhbərliyi komandaya “Qarabağ”dan heç kimi götürmək istəmədiklərini bildirdi”.

Jezniçak “Qarabağ”da 2017-ci ilin iyulundan çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button