“Neftçi” rəsmisindən açıqlama – “Onu kimsə qovmayıb”

Son günlər sosial şəbəkədə “Neftçi” klubunun U-10 komandasının baş məşqçisi Azər Cabbarovla yollarını ayırması tənqidlərə səbəb olub. Sosial şəbəkədə “Neftçi” 40 oyunda məğlub olmayan məşqçi ilə yollarını niyə ayırıb” sualı verilir.

“Neftçi”nin mətbuat xiudmətinin rəhbəri Rüstəm Allahverdiyev Komanda.az-a açıqlamasında Azər Cabbarovun klubdan ayrılmasına aydınlıq gətirib:

“Azər Cabbarov məsələsi bir az fərqli məsələdir. O, “Neftçi”nin U-10 komandası ilə yanaşı, özəl məktəbdə də çalışır. Bizim məşqçilərə isə məlumat verilib ki, artıq sadəcə bir yerdə çalışa bilərsiz. Yəni maaşları artırılır və “Neftçi”dəki işlərinə xüsusi diqqət etməlidirlər.

Azər Cabbarov isə bu qərarla razılaşmayıb və komandadan ayrılmaq istəyir. Onu kimsə komandadan qovmayıb. Şərt qoyulub, şərtlə razılaşmadığı üçün çıxıb gedir”.

Bizi Telegramda izləyin

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button