“Neftçi” – “Qarabağ” matçının biletləri satışa çıxarıldı

Azərbaycan Premyer Liqasının 23-cü turunda keçiriləcək “Neftçi” – “Qarabağ” matçının biletləri satışa çıxarılıb.

Komanda.az xəbər verir ki, “Neftçi Arena”da baş tutacaq oyuna biletlərin qiyməti 3, 5, 10, 20, 30 və 100 manat təşkil edir.

Bletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

https://iticket.az/events/sport/neftci-pfk-qarabag-fk16/142932

“Neftçi Arena”nın kassalarında isə “Forza” və “Qərb 2” sektorlarına olan biletlər (qiyməti 3 manat) oyun günü, saat 12:00-dan etibarən satışda olacaq.

“Neftçi” – “Qarabağ” matçı fevralın 16-da, saat 19:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button