“Neftçi” nigeriyalı futbolçunu baxışa çağırdı

Nigeriyalı futbolçu Peter Oluka karyerasını “Neftçi”də davam etdirə bilər.

Komanda.az “sports247”-yə istinadən xəbər verir ki, Bakı təmsilçisi “36 Lion” klubunda çıxış edən oyunçuya təklif göndərib.

“Ağ-qaralar” Olukanı “Caqaban kuboku”nda bəyənib. Oluka həmin vaxt turnirin ən yaxşı oyunçusu seçilib.

“Neftçi” futbolçunu baxışa dəvət edib. Yarımmüdafiəçi artıq Bakıya yola düşüb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button