“Neftçi” Mbodju yola saldı

“Neftçi” PFK müdafiəçi Mamadu Mbodjla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Komanda.az xəbər verir ki, paytaxt klubu 29 yaşlı seneqallı futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 2018-ci ilin dekabrında “Neftçi”yə transfer olunmuş Mbodj 5 mövsüm ərzində 94 rəsmi oyunda meydana çıxıb, 9 qola imza atıb, 2021-ci ildə Azərbaycan çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button