“Neftçi” İsgəndər Cavadovu təbrik etdi

“Neftçi” klubunun prezidenti Kamran Quliyev veteran futbolçu, AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadovu 65 illik yubileyi münasibətilə təbrik edib.

Komanda.az xəbər verir ki, yubilyara ən xoş arzularını çatdıran klub prezidenti ona xatirə hədiyyəsi təqdim edib.

İsgəndər Cavadov 1977-1988-ci illər ərzində “Neftçi”nin heyətində 303 oyun keçirib, 61 qol vurub.