“Atletiko”nun sabiq məşqçisi “Neftçi”də – rəsmi

“Neftçi” klubunun məşqçilər korpusunda yeni təyinat olub.

Komanda.az xəbər verir ki, əsas komandanın fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini bundan sonra Mario Fernandes Kastelyano yerinə yetirəcək. Bu barədə “ağ-qaralar”ın rəsmi saytı məlumat yayıb. 34 yaşlı ispaniyalı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb.

2013-2015-ci illərdə “Bakı” klubunda işləmiş Mario Fernandes Kastelyano Madrid “Atletiko”sunun futbol akademiyasında (U-10-U-17, 2005-2010) və B komandasında (2010-2012), eləcə də İspaniyanın “Xetafe” B (2015-2016) və Çinin “Dalyan İfan” (2016-2018) klublarında çalışıb. O, UEFA-nın PRO kateqoriyasına malikdir.