Rəsmi: “Neftçi”nin futbolçusu “Keşlə”də

“Neftçi” klubu futbolçusu Rəhman Hacıyevlə müqavilənin müddətini uzadıb. 

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi ilə gələn mövsümün sonunda bitməli olan anlaşma daha 1 illiyə artırılıb. Rəhman Hacıyev gələn mövsümün sonunadək “Keşlə” klubuna icarəyə verilib.

Rəhman Hacıyev “Neftçi”də keçirdiyi 6 mövsüm ərzində 166 oyunda meydana çıxıb, 16 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button