
“Neftçi” ilk oyununu Türkiyə klubuna qarşı keçirəcək
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olacaq “Neftçi”nin ilk yoxlama matçı yanvarın 6-da baş tutacaq.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytax təmsilçisi Türkiyənin 1-ci liqasında çıxış edən “Ərzurumspor”la üz-üzə gələcək.
Qarşılaşma yanvarın 6-da keçiriləcək.
Sabah Türkiyəyə yollanacaq “Neftçi”nin hazırlıq prosesi yanvarın 14-də yekunlaşacaq. Daha əvvəl Albaniya mətbuatı “ağ-qaralar”ın bu ölkənin “Partizani” komandası ilə görüşəcəyini yazmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



