“Neftçi” ilə “Zirə” arasındakı oyunların yeri dəyişdirildi

Bir müddət əvvəl renovasiya işlərinə start verilmiş “Neftçi Arena”nın son durumu Peşəkar Futbol Liqası (PFL) tərəfindən araşdırılıb.

Komanda.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, stadionun ot örtüyü hazırda oyunları qəbul etməyə tam hazır deyil.

PFL tərəfindən mövsümdən öncə qəbul olunmuş digər stadionların hazırkı cədvəli və ümumi durumu uyğun olmadığı üçün “Neftçi”nin rəsmi müraciətini, “Zirə” klubunun razılıq məktubunu əsas götürən PFL bu komandalar arasında keçiriləcək 1-ci və 2-ci dövrənin görüşlərinin yerini dəyişdirib.

Belə ki, şənbə günü baş tutacaq “Zirə” – “Neftçi” oyunu Zirə İdman Kompleksində gerçəkləşəcək. Oyun saat 20:30-da start götürəcək.

Bu qərar əvəzedici komandalara aid edilmir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button