Honda Portuqaliya klubuna keçməyə yaxındır

“Neftçi” ilə müqaviləsi iyunun sonuna qədər olan Keysuke Honda karyerasını Portuqaliyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, “Portimonense” klubu yapon futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə “A Bola” nəşri məlumat yayıb. Xəbərdə, Hondanın yeni mövsümdə Portuqaliya klubunda çıxış edəcəyi bildirilib.

Honda bu ilin martında “Neftçi” ilə müddəti mövsümün sonuna qədər olan müqavilə imzalamışdı. “Ağ-qaralar”ın heyətində Premyer Liqada çempionluq yaşayan Honda, çempionatda 8 oyuna 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button