“Neftçi” ilə oyundan əvvəl çox əsəbi deyiləm”

“Neftçi” ilə oyundan əvvəl çox əsəbi deyiləm”.

Komanda.az xəbər verir ki, bunu “Rapid”in baş məşqçisi Ferdinand Feldhofer evdə “Austriya” ilə Avstriya Bundesliqasının 3-cü turunun oyunundan (1:1) sonra deyib.

42 yaşlı məşqçi gərgin həftədən sonra komandanın bir gün istirahət edəcəyini bildirib:

“Çempionat oyunundan sonra əminəm ki, cümə axşamı hər şey yaxşı gedəcək”.

“Neftçi” UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin Bakıda keçirilən ilk oyununda “Rapid”ə 2:1 hesabı ilə qalib gəlib. Cavab matçı avqustun 11-də Vyanada keçiriləcək.