“Neftçi” hələ də Rəhman Hacıyevsiz hazırlaşır

“Neftçi” Azərbaycan Premyer Liqasının 21-ci turunda qarşılaşacağı “Qəbələ” ilə oyuna hazırlığını davam etdirir.

Komanda.az xəbər verir ki, “Sumqayıt”la qarşılaşmadan sonra hazırlığa fasilə verməyən komanda bu gün öz bazasında məşqə çıxıb.

Rəhman Hacıyevin fərdi hazırlaşdığı hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Məşqə ikitərəfli oyunla yekun vurulub. Hazırlıq sabah bir məşqlə davam edəcək.

Xatırladaq ki, martın 15-də 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Qəbələ” oyunu saat 19:00-da başlanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button