“Neftçi”də 5 ayrılıq – RƏSMİ

“Neftçi” Futbol Akademiyasının müqaviləsi başa çatan məşqçiləri ilə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Baş məşqçilər Elnur İmamquliyev (U-15) və Ceyhun Əhmədov (U-10), köməkçi məşqçilər Ceyhun Rzayev (U-19) və Ədəhim Niftəliyev (U-14), eləcə də qapıçılar üzrə məşqçi Ramiz Əhmədova növbəti ayın əməkhaqqı ödənilərək, onlarla əməkdaşlığa son qoyulub.

“Neftçi” bir neçə gün əvvəl akademiyanın müqavilə müddəti başa çatan direktoru Mik Benetlə qarşılıqlı razılaşma əsasında yollarını ayırmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button