“Neftçi” Futbol Akademiyasının komandaları məşqlərə başladı

“Neftçi” Futbol Akademiyasının komandaları bu gün yeni mövsümün hazırlığına start verib.

Komanda. az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

U-19, U-17, U-16, U-15, U-14, U-13, U-11, U-10 və qızlardan ibarət U-13 komandaları məşqlərə başlayıb. U-12 komandası isə sabah hazırlığa start verəcək. U-13-dən (qızlar) başqa, digər komandalar məşqlərini klubun bazasında keçirlər.

Pandemiya səbəbindən “Neftçi” Futbol Akademiyasının komandalarının məşqləri mart ayının əvvəllərindən dayandırılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button