“Neftçi” çempionluq kubokunu şəhidlərin məzarına apardı

“Neftçi” tarixində 9-cu dəfə Azərbaycan çempionu olub.

Komanda.az xəbər verir ki, bakılılar çempionluq mərasimindən sonra II Fəxri Xiyabana yollanıb.

Belə ki, “ağ-qaralar” çempionluq kubokunu Vətən müharibəsində şəhid olan, “Neftçi” azarkeşi, mayor Rüfət Əsgərovun hüzuruna aparıb. Paytaxt təmsilçisinin üzvləri və rəhbərliyi şəhid leytenant Teymur Məcidzadənin də məzarını ziyarət ediblər. Şəhidlərimizin ruhuna dualar oxunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button